Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə könüllü gənclər Ordubad rayonunda yerləşən tarix və mədəniyyət abidələrini ziyarət ediblər. “Naxçıvanı tanıyaq!” devizi ilə reallaşan ekskursiyada iştirakçılar Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyi, Yusif Məmmədəliyev, Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev-muzeyləri, eləcə də XVIII-XIX əsrlərə aid abidələrlə tanış olublar.
Gənclər gəzinti zamanı tarixi abidələrlə bağlı ətraflı şəkildə məlumatlandırılıb, sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar, xatirə şəkilləri çəkiblər.
Qeyd edək ki, “Naxçıvanı tanıyaq!” layihəsi çərçivəsində bir neçə ildir davamlı olaraq təşkil olunan ekskursiyalar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli məkanlarının tanıdılması, xalqımızın milli adət-ənənələrinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi məqsədinə xidmət edir.
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti